Ermənistandakı seçki Qarabağdakı proseslərə necə təsir edəcək? - Lavrovdan cavab

SİYASƏT
17:23 / 21.06.2021
1701

“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinin Qarabağda proseslərə hansı şəkildə təsir edəcəyi barədə danışmaq üçün hələ tezdir”. 

HİT.Az xəbər verir ki, bunu Rusiyanın XİN başçısı Sergey Lavrov deyib.

O deyib ki, seçkilər yenicə baş tutub. “Hələ heç nə tam aydın deyil. Bu seçkilərin nəticələri Ermənistanın siyasi həyatına hansı təsirləri edəcək, hansı yeni şərtləri diqtə edəcək... Gəlin Ermənistanda yeni hökumət qurulana kimi gözləyək”.

Onun sözlərinə görə, Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış üçtərəfli razılaşma bütün tərəflərin maraqlarını ehtiva edir.

VÜQAR

0