Ermənistanda keçirilən parlament seçkilərində qalib olan Nikol Paşinyan artıq bir sıra məsələlərlə bağlı proqramlarını açıqlamağa başlayıb.
HİT.Az xəbər verir ki, iqtisadi, sosial, xarici siyasət və digər sahələrdə hansı işləri görəcəklərinin detallarını açıqlayan yeni hökumət, Qarabağla bağlı planlarını da dilə gətirməyə başlayıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağla bağlı planlarından danışarkən deyib ki, hazırda əsas hədəfləri danışıqlar prosesinin bərpa olunmasıdır. “Hakimiyyət Qarabağ məsələsi ilə bağlı “Xilas naminə ayrılmaq” prinsipini əsas götürür. Bundan başqa, əsas prinsiplərimizdən biri də odur ki, Qarabağın status məsələsini həll edək”.
O qeyd edib ki, status məsələsi olduqca əhəmiyyətlidir. “Danışıqlar prosesində bir status məsələsinin nizamlanmasına nail olmağa çalışacağıq”.
VÜQAR