Azərbaycanlıların Xankəndiyə zəngi ölkəni bir-birinə qatıb - Ermənilər şəhəri tərk edir

SİYASƏT
14:23 / 28.06.2021
3424

Qarabağdakı qondarma rejimin “Milli Təhlükəsizlik Xidməti” Xankəndidə yaşayan ermənilərə evlərini satmaq üçün edilən zənglərlə bağlı məlumat yayıb. 

HİT.Az erməni mediasına istinadən xəbər verir ki, məlumatda ermənilərdən evlərini satın almaq üçün zənglərin əsasən Azərbaycan və Türkiyədən edildiyi iddia olunur. Qondarma qurumun nümayəndələri yerli əhaliyə xəbərdarlıq edib ki, tanımadıqları nömrələrdən gələn zəngləri qəbul etməsinlər. Hətta qəbul etsələr belə, bu barədə onlara məlumat versinlər.

Sosial şəbəkələrdə gedən müzakirələr zamanı isə məlum olub ki, Qarabağda yaşayan ermənilərdən ev almaq istəyənlər təkcə Türkiyə və Azərbaycandan deyil, həmçinin Ukrayna və Rusiyadan da zənglər edirlər. Onlar ermənilərə evlərinin müqabilində normal qiymət təklif edirlər. Elə Qarabağ erməniləri də eşitdikləri rəqəmdən dolayı sevincək olublar: “Xankəndidə ikiotaqlı mənzillər üçün 35-40 min dollar pul təklif olunur. İndiyə qədər ən maksimal rəqəm 60 min dollar olub. Bu rəqəmlər orada yaşayanlar üçün çox böyükdür. Ona görə də bir çoxları evlərinin sənədlərini qaydaya salaraq, onu satıb, sonra da Rusiyaya köçmək istəyirlər”.

Bu əsnada sosial şəbəkələrdən o da məlum olub ki, xəbər yayıldıqdan sonra təkcə Xankəndidə deyil, Əsgəran, Xocalı və Ağdərədə yaşayan ermənilər də evlərini satmaq üçün hazır olduqlarını deyiblər. Qarabağda faktiki olaraq yaşamağın mümkün olmadığını, şəraitsizlikdən ciddi şəkildə əziyyət çəkdiklərini deyən ermənilər, onlara təklif olunan pulla Rusiyada, hətta Ermənistanda normal biznes qura biləcəklərini dilə gətirirlər.

Həmçinin o da bəlli olub ki, qondarma “MTX”nin əl-ayağa düşməsi səbəbsiz deyilmiş. Onlar ermənilərin evlərini sataraq, Qarabağdan çıxıb gedəcəklərindən narahatdırlar və bunun qarşısını almaq üçün indidən tədbir görməyə çalışırlar.

Bundan əvvəl “Şərəfim var” blokunun üzvü Tiqran Abramyan bildirmişdi ki, Xankəndiyə bir həftədə yüzlərlə zənglər edilib: “Onlar Qarabağ ermənilərindən mənzillərini onlara satmalarını istəyirlər. Deyirlər ki, gec-tez biz oralara gələcəyik. Nə qədər imkan varsa, normal qiymətə evlərinizi satın bizə. Bu, Qarabağda yaşayan ermənilərə psixoloji təzyiqdir”.

VÜQAR

3