Qarabağda yaşayan ermənilərin sayı ilə bağlı istər rus sülhməramlıları, istərsə Xankəndidəki separatçılar, istərsə də Ermənistanın indiyə qədər verdiyi açıqlamalarda göstərilən rəqəmlər özlərinin yalanını ortaya qoyub.
HİT.Az xəbər verir ki, bu gün yayılan rəqəmləri eyniləşdirdikdə bu məlumatların nə qədər yalan olduğu bir daha təsdiqlənir.
Ermənistan və Qarabağdakı separatçılar bəyan edirdilər ki, guya Dağlıq Qarabağ bölgəsində 150 min nəfər erməni yaşayır. Müharibədən sonra Qarabağdan qaçan ermənilərin geri qaytarılması prosesinə başlananda aydınlaşdı ki, son rəqəmlərə görə, geri dönənlərin sayı 52 min nəfərdən bir qədər çoxdur. Hərçənd bu rəqəmin özü də yalan idi və şişirdilmişdi.
Bu hadisələr fonunda Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyan Xankəndidə keçirdiyi mintinqdə isə vurğuladı ki, bölgədə cəmi 30 min erməni yaşayır. Bu gün açıqlanan rəqəmlərdən sonra isə məlum olub ki, ermənilər özləri özlərinin yalanlarını ortaya çıxarmağa başlayıblar.
İrəvandakı rəsmi qurumlar iyul ayının 1-nə kimi Ermənistanda müvəqqəti məskunlaşmış Qarabağ ermənilərinin sayının 21615 nəfər və ya 5448 ailə olduğunu bildirib. Onların 68.7 faizi əyalətlərdə, 31.3 faizi isə İrəvan şəhərində yaşayırlar.
Bu rəqəmləri üst-üstə topladıqda ortalığa çıxan mənzərə Qarabağda toplam 50 min erməninin yaşadığını deməyə tutarlı əsas verir. Arutunyanın səsləndirdiyi 30 min nəfərin üzərinə İrəvandakı 21 min nəfəri gəldikdə cəmi 51 min erməni əhalisinin olduğu təsdiqlənir. Bunu rus sülhməramlılarının dedikləri ilə eyniləşdirsək, o zaman ortaya çıxan rəqəm isə 74 min nəfərdən çox olmur.
O zaman sual meydana çıxır: Bəs deyilən 150 min erməninin 46 min nəfəri hara yoxa çıxıb?
Təbii ki, bu sualın konkret cavabı var. Qarabağda 150 min erməninin yaşadığı barədə məlumatların hamısı saxta olub və rəqəmləri şişirtmək məqsədi daşıyıb.
VÜQAR