Norveç Azərbaycanı bu siyahıdan çıxardı

SİYASƏT
23:38 / 19.07.2021
1862

Norveç Azərbaycanı səfərlərin tövsiyə olunmadığı ölkələr siyahısından çıxarıb.

Bu barədə Modern.az "SchengenVisaInfo.com"a istinadən xəbər verir.

Məlumata əsasən, bu barədə qərar iyulun 19-u qüvvəyə minib. Qeyd edilir ki, ölkənin sözügedən siyahıdan çıxarılması bu Azərbaycandan Norveçə gələnlərin karantin tələblərinə riayət etməməsi demək deyil.

Bildirilir ki, hazırda Norveç Azərbaycanı koronavirus üzrə "bənövşəyi" siyahıya aid edir, bu da ölkədə gündəlik az sayda yeni yoluxma halının qeydə alınması deməkdir.

0