Peskovdan Qarabağ açıqlaması: "Rusiya bunu alqışlayacaq"

SİYASƏT
14:21 / 21.07.2021
2136

Qarabağla bağlı razılaşmaların reallaşdırılması prosesi yaxşı gedir.
 
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitr Peskov deyib. Onun sözlərinə görə, Avropa İttifaqının bu prosesdə vasitəçəlik səylərini alqışlamaq olar.
 
"Əgər vasitəçilərin səyləri sülhə xidmət edəcəksə, Rusiya bunu alqışlayacaq", - deyə Peskov vurğulayıb.

0
Modern.az