Türkiyənin milli müdafiə naziri Azərbaycana təşəkkür etdi

SİYASƏT
15:27 / 28.08.2021
954

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Əfqanıstanda sülhməramlı missiyadakı əməkdaşlığa görə Azərbaycana təşəkkür edib.

HİT.az xəbər verir ki, Kabildən təxliyə edilən Türkiyə sülhməramlıları üçün Ankarada təşkil olunan mərasimdə çıxış edən nazir Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstanda indiyədək göstərdiyi layiqli xidmətə görə təşəkkürünü bildirib və onları təbrik edib: 

“Kabildə bizimlə əməkdaşlıq edən Azərbaycan hərbçilərinə, dövlət qurumlarına verdikləri dəstəyə görə təşəkkür edirəm”.

0