"İrəvan işarəni anladı və bu fonda son zamanlar baş verən xoşagəlməz hadisələrə son qoyulacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Azərbaycanın Gorus-Qafan yolunu bir müddətə bağlamasından qarşı tərəfin ibrət alıb-almayacağı məsələsinə toxunarkən deyib. Politoloq bildirib ki, Azərbaycan sözügedən yolu bağlamaqla İrəvana Bakının istədiyini etməyə qadir olduğunu bir daha göstərdi:
"Azərbaycan bu fonda göstərdi ki, Ermənsitanın xariclə əlaqə qurması üçün mühüm əhəmiyyət daşıyan şose yolunu bağlamağa hüquqi əsası var. Çünki bu yolun müəyyən hissəsi Azərbaycan ərazisindən keçir”.
Z. Əlizadə bu qənaətdədir ki, İrəvan ona yönələn bu işarəni anladı:
"Təxminən bir gün ərzində Ermənistan-İran yolu bağlandı, yük maşınları dayandı. Bundan sonra Azərbaycan daha irəli getmədi, düşündü ki, Ermənistan işarəni anladı və bundan sonra yolu açdı”.
Bu müstəvidə həmsöhbətimiz düşünür ki, tərəflər hansısa razılığa gəlməyə çalışacaqlar:
"İkitərəfli münasibətlərdəki gərginliyin, baş verən atışmaların səbəbi Rusiya və Ermənistanın Azərbaycana münaqişənin bitmədiyini, Bakının isə konfliktin bitdiyini bildirməsi fonunda iki mövqe arasında yaranan ziddiyyətlə bağlıdır. Belə vəziyyətdə Azərbaycanın Gorus-Qafan yolu istiqamətində atdığı addım bütün bu xoşagəlməz hadisələrə son qoyacaq. Bunun da bir yolu var, Ermənitan yeni gerçəkliklə barışmalıdır”.