Paris İrəvandan inciyib: 1 milyon ermənidən ötrü 50 milyonluq fransızı itirmək... - ŞƏRH

SİYASƏT
16:30 / 08.09.2021
2344

"Artıq Qarabağ məsələsində hay-küy qaldırmaq üçün Fransanın əlində heç bir əsas yoxdur. Çünki Azərbaycan Prezidenti Parisin ermənipərəst mövqeyinə qarşı kəskin mövqe ortaya qoydu. İkincisi, Fransa prezidenti Emmanuel Makron özü də anladı ki, belə yersiz hərəkətlərilə siyasi çəkisini aşağı salır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev 44 günlük müharibədən sonra xeyli müddət Qarabağ məsələsində ermənipərəst mövqeyi ilə can-fəşanlıq edən Fransanın son zamanlar müəyyən qədər yumşalmasına münasibət bildirərkən deyib:

"Hazırda Fransanın özünün başı bəladadır. Kifayət qədər problemlərlə üz-üzədir. Bu ölkədə güclü daxili qarşıdurma mövcuddur. Keçirilən islahatlarla əhalinin sosial vəziyyəti daha da ağırlaşıb”. 

Həmsöhbətimizin fikrincə, Paris hazırda daha çox daxilə hesablanmış siyasət yürütmək məcburiyyətindədir: 

"Makron 1 milyon ermənidən ötrü yerdə qalan 50 milyonluq fransızı itirə bilməz”. 

Ekspert qeyd edib ki, Ermənistanın baş naziri Paşinyanın birmənalı şəkildə Qarabağdan əl çəkmək istəməsi də Parisin sözügedən məsələdə kənara çəkilməsinə rəvac verib:

"Çünki Qarabağdan yapışmaq Ermənistanı dövlət kimi məhvə aparır. Belədə Paşinyan çalışır ki, Bakı və Ankara ilə münasibətləri yaxşılaşdırsın. Məhz onun Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq məsələsi gündəmə gələndən Paris, elə bil ki, İrəvandan inciyib. Bütün bunların fonunda Fransanın susması məsləhətli idi və onlar da susdular”.

0