SİYASƏT
11:02 / 15.09.2021
176

Türkiyə səfiri Azərbaycanı təbrik etdi

"Bu gün Bakının bolşevik və erməni qruplaşmasının işğalından qurtuluşunun 103-cü ildönümüdür".

HİT.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter" hesabında yazıb.

Səfir bildirib: "Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru Paşanı, qəhrəman ordusunu və Qafqaz torpağında uyuyan minlərlə şəhidimizi hörmətlə yad edirik. Azərbaycan-Türkiyə: tək millət, iki dövlət”.

0