Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoydu - Ərdoğan

SİYASƏT
09:14 / 22.09.2021
962

“Qafqazda sabitlik baxımından yaxın keçmişdə önəmli addımlar atılıb”.

HİT.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub.

“Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”.

 

0