ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür etdi

SİYASƏT
13:07 / 23.09.2021
925

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana təşəkkür edib.

HİT.az Trend-ə istinadən xəbər verir ki, V.Nuland tvitterdəki hesabında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşə şad olduğunu yazıb.

Dövlət katibinin müavini ABŞ-ın Əfqanıstandan təxliyə səylərinin reallaşmasının Azərbaycan tərəfindən dəstəklənməsinə görə ölkəmizə təşəkkürünü bildirib.

Qeyd edək ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində V. Nuland və C.Bayramov arasında görüş keçirilib.

1