Bu gün yeni qeydiyyatdan keçmiş Yeni Zaman Partiyasının sədri Musa Ağayevlə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə Prezident Administrasiyasında görüş keçirilib.
Unikal.org-un xəbərinə görə, görüşdə iqtidar müxalifət dialoqu, ölkədə gedən islahatlar və dövlət əhəmiyyətli məsələlərlə bağlı müzakirələr aparılıb.