Rəsmi Moskva: “Ermənistanı Azərbaycana qarşı dəstəkləmirik”

SİYASƏT
15:59 / 02.10.2021
1087

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə açıqlama verib.

Modern.az xəbər verir ki, o, Azərbaycana qarşı Ermənistanı dəstəkləmədiklərini əlavə edib.

“Bəli, Türkiyə Azərbaycanı birmənalı şəkildə dəstəkləyir. Biz bunu bilirik. Amma bu o demək deyil ki, biz digəör tərəfdəyik, Ermənistanı Azərbaycana qarşı dəstəkləyirik. Bu belə deyil. Münaqişənin ədalətli yolla həllini dəstəkləyirik, atəşin dayandırılmasını dəstəkləyirik, hərbi əməliyyatların dayandırılmasını dəstəkləyirik”- deyə Nebenzya söyləyib.

Yüksək vəzifəli rusiyalı diplomatın bu açıqlaması Ermənistanda ciddi narahatlıq doğurub.

0