Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin bərpası Günü elan ediləcək

SİYASƏT
11:29 / 06.10.2021
1313

Mayın 28-i Müstəqillik Günü elan ediləcək.

HİT.az-ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq. Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

0