Putinlə Rəisi görüşəcək

SİYASƏT
22:06 / 06.10.2021
1343

“Çox uzaq olmayan gələcəkdə Prezident İbrahim Rəisi ilə Rusiya dövlət başçısı Vladimir Putin görüşəcək”.

 “Mehr” agentliyi xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.

O qeyd edib ki, Rusiyanı strateji tərəfdaş hesab edirlər:

“Rusiyanın 13-cü Tehran hökumətinin balanslaşdırılmış xarici siyasətində prioritet olduğuna inanırıq.

Ümid edirəm, hər sahədə get-gedə dərinləşən ikitərəfli əlaqələr yaxın gələcəkdə ən yaxşı səviyyəyə çatar”, - XİN rəhbəri vurğulayıb.

5
“Qafqazinfo”