Paşinyan Rusiyada Putinlə görüşəcək

SİYASƏT
16:23 / 10.10.2021
979
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək. Qaynarinfo "Report”a istinadla xəbər verir ki, səfər zamanı Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək . Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiq edib: "12 oktyabrda prezident Kremldə Dövlət Dumasının yeni seçilmiş deputatlarla ölkə üçün hansı məsələlərin önəmli olduğunu müzakirə edəcək. Eyni gündə Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirəcək”.
1