Yüksəliş Partiyasında yeni təyinatlar - FOTOLAR

SİYASƏT
12:30 / 29.10.2021
958

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Baş Məclisinin genişləndirilmiş iclası keçirilib.

HİT.az xəbər verir ki, toplantıda çıxış edən partiya başqanı Anar Əsədli qurumun dövlət qeydiyyatına alınması münasibətilə bütün üzvləri təbrik edib,

Anar Əsədli partiyanın ideoloji-siyasi xəttinin qalib gəldiyini qeyd edərək, təşkilatlanmağın, regional liderlərin yetişdirilməsinin vacibliyinə diqqət çəkib. 

Daha sonra iclasın gündəliyi qəbul edilib.  

Partiya başqanının I müavini – İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov partiya rəhbərliyinə yeni təyinatlar barədə məlumat verərək, həmin şəxsləri Baş Məclisə təqdim edib. Qeyd olunub ki, AY Partiya başqanının sərəncamları ilə Rəşad Babayev İqtisadi məsələlər, Sevinc Fədai Sosial, qadın və uşaq məsələlələri üzrə müavin təyin ediliblər. Bundan başqa, Tural Əhmədovun AY Partiya başqanının Avropa İttifaqı üzrə təmsilçisi, Mətləb Abdullayevin AY Partiya başqanının Humanitar məsələlər üzrə müşaviri təyin olunmaları barədə sərəncam verilib. 

Təşkilati məsələlər haqqında danışan Bəhrəm İsmayılov Baş Məclisin, MNTK-nın və Başqanlıq Heyətinin iclaslarının vaxtının müəyyənləşdirilməsinin vacib olduğunu bildirib. O, həmçinin təşkilati məsələlərin icrası üzrə işçi qrupun yaradılacağını deyib. 

Partiya strukturlarının fəaliyyəti, rayon təşkilatlarının formalaşdırılması, Baş Məclisdə komissiyaların yaradılması məsələləri üzrə müzakirələr aparılaraq, müvafiq qərarlar qəbul edilib.

0