Binəli Yıldırım "YAŞAT Fondu"na 1 000 manat ianə etdi

SİYASƏT
21:21 / 04.11.2021
873

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım "Yaşat" Fonduna 1000 manat ianə edib.

B.Yıldırım bu gün nümayəndə heyəti ilə "Zəfər Yarmarkası"nı ziyarət edib.

Ziyarət çərçivəsində sabiq nazir yarmarkada nümayiş etdirilən hərbi texnika və satış mərkəzləri ilə tanış olub. Ona "Zəfər Yarmarkası"nın əhəmiyyəti və məqsədi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, oktyabrın 29-da başlayan yarmarka noyabrın 9-dək davam edəcək. Yarmarkadan əldə edilən gəlir "Yaşat" Fonduna ianə olunacaq.

0
Report