İlham Əliyev, Putin və Paşinyan bu tarixdə Soçidə görüşəcək

SİYASƏT
16:41 / 23.11.2021
824

Noyabrın 26-da Soçidə Putin, İlham Əliyev və Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.

"Unikal" “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Kreml yayıb.

Qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin üçtərəfli danışıqlardan əlavə, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda danışıqlar aparacaq.

“Üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində əldə etdiyi razılaşmaların həyata keçirilməsinin müzakirəsi, o cümlədən Qarabağda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır. Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafına xüsusi diqqət yetiriləcək", - məlumatda bildirilib. 

0