Prezident Ermənistana çağırış etdi

SİYASƏT
19:43 / 14.12.2021
1456

“Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi üçün ən yaxşı variant yeni kommunikasiyaların açılmasıdır”.

Bunu Prezident İlham Əliyev NATO baş katibi Yens Stoltenberqlə keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanın siyasəti kifayət qədər açıqdır: “Ümid edirəm ki, biz Azərbaycan - Ermənistan arasında sülh razılaşmasının ərsəyə gəlməsi istiqamətində müzakirələrə başlayacağıq”, - deyə Prezident əlavə edib.

1
oxu.az