İki nəfərə “Əməkdar mühəndis” fəxri adı verildi

SİYASƏT
15:44 / 17.12.2021
846

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında
sərəncam imzalayıb.

Hit.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının müdafiə sənayesində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin aşağıdakı əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adı verilib:

Mirzəyev Rasim Cəbrayıl oğlu

Musayev Elşən Qədir oğlu.

1