Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 28-də Rusiyaya səfəri gözlənilir.
Hit.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Kremlin sözçüsü Dmitri Peskov dekabrın 28-də Sankt-Peterburqda MDB dövlət başçılarının şəxsi görüşünün planlaşdırıldığını təsdiqləyib. Spikerin sözlərinə görə, hazırda görüşün təşkili ilə bağlı iş gedir.
Bildirilir ki, MDB sammitində Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək.