İlham Əliyevlə Paşinyanın Rusiyada görüşü olacaqmı?

SİYASƏT
21:52 / 24.12.2021
1416

Dekabrın 28-də Sankt-Peterburqda MDB dövlət başçılarının sammiti keçiriləcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb-görüşməyəcəyi ilə bağlı suala belə cavab verib: 

“Təbii ki, MDB liderləri orada olacaq, istənilən halda təmaslar olacaq. Amma hələlik rəsmi danışıqların aparılması təklifi olmayıb. Sammit qeyri-rəsmi olduğundan görüşlər də qeyri-rəsmi olacaq".

 

3
“Qafqazinfo”