2022-ci ildə Azərbaycan bu foruma sədrlik edəcək

12:10 / 27.12.2021
1094

“2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq forumuna sədrlik edəcək”.

HİT.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, ATƏT-in hərbi siyasi ölçüsünü əhatə edən və təşkilatın bu sahədə əsas strukturunu təşkil edən bu quruma sədrlik çox məsuliyyətli işdir: “Həmçinin ölkəmizin bu mövzu ilə bağlı mövqeyinin çatdırılması və inkişaf etdirilməsi üçün çox əlverişli bir platformadır”.

0