Onlara ali hərbi rütbələr verildi - SƏRƏNCAM

SİYASƏT
14:12 / 27.12.2021
1231

Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

Hit.az xəbər verir ki, sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

 “general-leytenant” ali hərbi rütbəsi 

general-mayor Zaur Qasım oğlu Abdullayevə

general-mayor Mayıl Seminar oğlu Şahverdiyevə 

general-mayor Yusif Həsən oğlu Mirzəyevə 

“general-mayor” ali hərbi rütbəsi 

polkovnik Çingiz Böyükağa oğlu Kiçibəyova.

1