Milli Məclis Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti təbrik etdi

SİYASƏT
13:34 / 30.12.2021
699

Milli Məclis 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

HİT.az-ın xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.

Deputatlar sədrin təklifinə dəstəklərini alqışlarla bildiriblər.

2