DİP bəyanat verdi: Fransa XİN-in Azərbaycan Prezidentindən üzr istəməsi tələb edilməlidir

SİYASƏT
18:02 / 19.01.2022
649

Demokratik İslahatlar Partiyası Fransa prezidentliyinə namizəd Valeri Pekressin Azərbaycana qanunsuz səfəri ilə əlaqədar iki ölkə arasında yaranmış diplomatik gərginliklə bağlı bəyanat verib. 

MilliYol.Az xəbər verir ki, bəyanatda deyilir:  

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekressin Azərbaycana qanunsuz səfəri ilə bağlı şərhi doğru və məntiqlidir. 

Lakin Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın ölkənin Milli Assambleyasında (MA) Azərbaycan prezidentinə qarşı işlətdiyi qeyri-korrekt ifadələr isə  ifadələri ssiyasi və diplomatik etikadan kənardır.

Lö Drian MAilli Assambleya-nın Respublikaçılar partiyasından olan üzvü Erik Siottiyə Azərbaycan Prezidentini təhqir etməyə hədəflənmiş çıxışına görə irad bildirmək əvəzinə ona qoşulub prezidentin Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirləri “forma və mahiyyət etibarilə qəbuledilməz” adlandırıb. 

Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri öz ifadələrinin nə dərəcədə məsuliyyətsiz olduğunu, Prezident İlham Əliyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycan ərazilərinə qanunsuz səfərləri ilə bağlı açıqlamasının isə tam qanuni və cavabın adekvat olduğunu anlamır. 

O dərk etmir ki, Pekressin Fransa prezidentliyinə namizədlik statusu ona heç bir halda Azərbaycan qanunlarından üstün olmaq imtiyazı vermir. O da Azərbaycan ərazilərinə bu ölkədən icazəsiz səfər edən digər xarici ölkə vətəndaşları ilə eyni dərəcədə qanunsuzluq edib.  

Pekressin, Siottinin, Lö Drianın hərəkətləri və açıqlamaları Fransa hökumətinin Azərbaycana qarşı tutduğu qərəzli mövqeyinin məntiqi davamıdır. Rəsmi Fransanın 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kimə sirr deyil. Fransa Milli Assambleyasının hər iki palatası hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlıq Qarbağ Respublikasını” tanımağa çağıran sənədlər qəbul etməklə bunu sübuta işdiyetirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa dövlətinin rəsmilərinin AAzərbaycana qarşı radikal, qərəzli mövqe tutub, Ermənistanın işğalçılıq siyasətinə dəstək verməsi qədim dövlətçilik ənənəsinə malik bir Avropa dövləti adına rüsvayçılıqdır. Nümayiş etdirdiyi mövqe heç bir beynəlxalq prinsipə, siyasi etikaya sığmır.

Baş verənlər onu da bir daha göstərir ki, 15 dekabr 2021-ci il tarixində Fransa Prezidenti Emmanuel Makronla İlham Əliyev arasında keçirilmiş görüş zamanı qarşı tərəfin verdiyi mesajlarla ismarıclarla Lö Drianın açıqlaması ziddiyyət təşkil edir. Bu, nəinki iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edir, əksinə, onun daha da pisləşməsinə hesablanıb.

Fransada keçiriləcək prezident seçkilərində namizəd olan Valeri Pekressin erməni əsilli seçiciləri və onlara simpatiya bəsləyən lobbiləri cəlb etməyə yönələn təxribatçı hərəkətləri, Qarabağa qanunsuz səfəri Azərbaycanla münasibətlərə ağır zərbə vurur. Bu,, həm həm də Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına, münaqişə tərəfləri arasında münasibətlərin yaxşılaşmasına doğru atılan addımları pozmağa yönəlmiş təxribatçı hərəkətlərdiraddımlardır.

Nazir Lö Drianın digər ölkənin Azərbaycanın dövlət başçısının açıqlamasının əsassız və kobud şəkildə şərh etməsi isə isə qətiyyən qəbuledilməzdir.

Biz Fransanın dövləti və hökumət nümayəndələrini, onun prezidentliyə namizədini, eləcə də parlament üzvlərini Azərbaycanla münasibətlərə həssas yanaşmağa, Azərbaycanın ərazi bütövlüyünə, suveren hüquqlarına, prezidentinə münasibətdə beynəlxalq hüququn prinsiplərini, siyasi və diplomatik etikanı əsas götürməyə pozmamağa çağırırıq. 

Eyni zamanda Prezidentimizin bu istiqamətdə gördüyü işlərə hər zamankı kimi bundan sonra da dəstək verərək Fransa Parlament üzvlərini beynəlxalq qanunları kobud şəkildə pozan cinayət xarakterli bu cür əməllərinə son qoymağa, Azərbaycanın nəzarətindən kənarda qalan qanuni ərazilərinə icazəsiz səfərlər etməməyə səsləyirik. 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tövsiyə edirik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri, Jan İv Lö Driandana müraciət ünvanlayaraq, onun diplomata yaraşmayan açıqlamasını təkzib etməsi və  özünün məlum çıxışını geri götürməsi, Azərbaycan Respublikasının Prezidentindən üzr istəməsi tələb etsin".

0