Azad edilən ərazilərdə kütləvi məzarlıqlar tapıldı - VİDEO

SİYASƏT
10:40 / 10.02.2022
955

“Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bir neçə kütləvi məzarlıq tapılıb”

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, söhbət burada minlərlə insanın qalıqlarından getmir: "Ancaq ən azı bəlli sayda bəlli sayda insan qalıqları tapılıb. Azərbaycan qısa müddət ərzində bunları işğaldan azad edilmiş ərazilərdə müəyyən edib tapa bilirdisə, deməli, həmin həmin işləri törətmiş erməni tərəfi bu barədə çox məlumatlı, bələddir. Ona görə də Ermənistan Xarici İşlər Nazirliyinin itkinlərlə bağlı məntiqsiz izahatların heç bir əsası ola bilməz. Əminik ki, beynəlxalq ictimaiyyət və dünya dövlətləri də bunu qəbul etməyəcək. Azərbaycan tərəfi də bu istiqamətdə fəaliyyətini davam etdirəcək".

0