Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlara hazır olduqları şəhərlərin adını açıqlayıb.
HİT.az xəbər verir ki, dövlət başçısı dörd şəhərin - Bakı, Varşava, Budapeşt və İstanbulun adını çəkib.
“Varşava, İstanbul, Budapeşt, Bakı - biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər" deyə Prezident bildirib.
Ukrayna Prezidenti Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu bildirib. Zelenskinin sözlərinə görə, Kiyev onun tərəfində hərbi əməliyyatlar olmasaydı, Belarusda danışıqlara razı olardı.
Ukrayna lideri belaruslulara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz olmasını arzulayıb.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Rusiya nümayəndə heyəti ukraynalılarla danışıq üçün Belarusa gedib. Nümayəndə heyətinə Rusiya Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Prezident Administrasiyası və digər qurumların nümayəndələri daxildir.