Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan ETDİ

SİYASƏT
22:53 / 02.03.2022
1216

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib.

Hit.az xəbər verir ki, bunu Nikol Paşinyan “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə deyib.

“Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”, - Baş nazir vurğulayıb.

0