İsrail Azərbaycana yeni tibbi avadanlıqlar bağışladı

SİYASƏT
10:02 / 11.03.2022
716

İsrail Azərbaycana yeni tibbi avadanlıqlar bağışlayıb.

Hit.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter səhifəsində yazıb.

“Azərbaycanın müxtəlif bölgələrində yerləşən xəstəxanalara 1 tondan çox tibbi ləvazimat bağışladıq. Çünki İsrail və Azərbaycan dostdur və biz bir-birimiz üçün ən yaxşısını istəyirik”, - diplomat bildirib.

Səfir tibbi ləvazimatları səhiyyə nazirinin müavini Nadir Zeynalova təqdim edib.

0