“Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş xüsusi poçt markası buraxılıb”.
Hit.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə yazıb.
Qeyd edək ki, bu gün Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş iclas keçirilib.