Mehriban Əliyeva: "Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq"

SİYASƏT
11:02 / 31.03.2022
1311

Birinci vitse-prezident Mehriban Əliyeva instaqram səhifəsində azərbaycanlılara qarşı törədilmiş soyqırımı ilə bağlı paylaşım edib.

Hit.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

0