Qarabağa səfər etmək istəyən erməni deputatlar Azərbaycan sərhədindən geri qaytarıldı

SİYASƏT
21:45 / 12.04.2022
1515

Bu gün Qarabağa səfər etmək istəyən “Hayastan” (Ermənistan - Red) blokunun deputatları hazırda Rusiya sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmayıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Belə ki, rusiyalı sülhməramlılar “Hayastan” blokununun deputatlarını daşıyan avtomobili nəzarət-buraxılış məntəqəsində saxlayıb.

Azərbaycan tərəfi ilə əlaqə yaradılıb və müvafiq  tapşırıq alan rusiyalı sülhməramlılar erməni deputatları Qarabağ ərazisinə daxil olmasını qadağan edib. /Oxu.az

0