Beynəlxalq ictimaiyyət Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü tanımayan dünyada yeganə ölkə olmanın təhlükəsindən açıq şəkildə danışır.
Qaynarinfo Sputnik Ermənista-a istinadla xəbər verir ki, bunu parlamentin tribunasından çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar İrəvanın belə mövqeyinin təkcə "Artsax” üçün deyil, həm də Ermənistanın özü üçün böyük təhlükə olduğunu bildirirlər.
"Bu gün beynəlxalq ictimaiyyət bizə deyir: Dağlıq Qarabağ məsələsində ölçünüzü bir az aşağı salın, onda siz Ermənistan və "Artsax” ətrafında daha böyük beynəlxalq konsolidasiyaya malik olacaqsınız, əks halda sizdən xahiş edirik, bizə ümid bağlamayın və bu o demək deyil ki, biz sizə kömək etmək istəmirik, sadəcə, kömək edə bilmirik”, - o deyib.
Onun fikrincə, bu gün dünyada çox az ölkə var ki, öz sərhədləri ilə kifayətlənir və onları ədalətli hesab edir. Məhz bu səbəbdən Paşinyan əmin edib ki, o, Ermənistan üçün sülh gündəliyinin alternativinin olmadığını təkrar etməyə məcburdur.