Rusiya xarici işlər nazirinin müavini Azərbaycanın səfiri ilə görüşdü

SİYASƏT
15:53 / 15.04.2022
818

Rusiya xarici işlər nazirinin müavini Anatoli Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya XİN-in məbuat xidməti məlumat yayıb.

“Görüşdə bu il fevralın 22-si Rusiya və Azərbaycan arasında imzalanmış müttəfiqlik haqqında bəyannamənin müddəalarının yerinə yetirilməsi kontekstində ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub”, - XİN-in məlumatında deyilir.

Görüşdə, həmçinin üçtərəfli bəyannamənin icrası ilə əlaqəli regional problemlərə toxunulub.

1