Biz azərbaycanlı qardaşlarımızı çiyin-çiyinə vahid yumruqla dəstəkləməyə davam edirik.
Hit.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Egey dənizində, Aralıq dənizində, Kiprdə, Liviyada və Azərbaycanda qardaş və dostlarımızın, o cümlədən bizim hüquq və mənafelərimizin reallaşması davam edir. Biz həmişə qonşu Yunanıstana və digər ölkələrə dostluq, beynəlxalq hüquq və dialoq tərəfdarı olduğumuzu deyirik”, - deyə H.Akar bildirib.