"Etiraz aksiyalarını təşkil edənlər, onun başında duranlar Ermənistan cəmiyyəti üçün kifayət qədər məlum şəxslərdirlər".
HİT.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, həmin şəxslər uzun illər ərzində - 30 ilə yaxın erməni xalqına yalan vədlər verən, illuziyalarla yaşayan və bu gün Ermənistanı uçurum vəziyyətinə gətirən şəxslərdirlər:
"Bu, hakimiyyət uğrunda olan mübarizənin tərkib hissəsidir. Burada yenidən Qarabağ mövzusunu gündəmə gətirmək istəyirlər. Təbii ki, biz bu proseslərə baxırıq, izləyirik. Orada geniş ictimai dəstəkdən söhbət getmir, ən böyük böyük halda beş-altı min adam belə yoxdur. Bu da bir daha onu göstərir ki, artıq bu yalan vəd və illuziyalardan Ermənistan cəmiyyəti də yorulub”. //unikal