Prezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ

SİYASƏT
11:38 / 10.05.2022
1170

Prezident İlham Əliyev “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi qanunu təsdiqləyib.

HİT.az xəbər verir ki, sənədə əsasən, “Sərhəd mühafizə orqanları haqqında” qanuna aşağıdakı dəyişikliklər olunub:

1-ci maddənin birinci cümləsinə “çevik hərəkət qüvvələrindən,” sözlərindən sonra “xüsusi hava əməliyyatları qüvvələrindən,” sözləri əlavə edilib;

24-cü maddənin birinci hissəsində “aviasiya hissəsinin” sözləri “xüsusi hava əməliyyatları qüvvələrinin və hərbi aviasiya hissələrinin” sözləri ilə əvəz edilib.

0