Bu gün xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə Bolqarıstan Respublikasına yola düşüb.
Xarici İşlər Nazirliyindən HİT.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası xarici işlər nazirlərinin iştirakı ilə iki ölkə arasında strateji dialoq görüşünün keçirilməsi, həmçinin Bolqarıstan rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.