Pakistan Senatı Azərbaycanla diplomatik əlaqələrin 30-cu ildönümündə Xocalı soyqırımını pisləyən qətnaməni qəbul edib.
Hit.az xəbər verir ki, qətnamədə deyilir:
“Senat öz uzunmüddətli və dəyişməz mövqeyini təsdiq etməklə yanaşı, Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən Xocalı soyqırımını pisləyən 2012-ci il 1 fevral tarixli qətnaməni bir daha təsdiq edir.
Senat Azərbaycan və Pakistanın iqtisadi əlaqələrin, ticarətin, sərmayələrin, insanlarla insanlar arasında təmasların yaxşılaşdırılmasında, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün aspektlərində atılan mühüm birgə addımları, tarixi dostluq əlaqələrindən qaynaqlanan bir-birinin rifahını və təhlükəsizliyini hərtərəfli dəstəklədiyini bir daha bəyan edir”.
Qeyd edək ki, sözügedən qətnamə senatda yekdilliklə qəbul edilib.