Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

SİYASƏT
14:22 / 16.06.2022
1318

"Artıq Zəngəzur dəhlizi də açılmalıdır. Çünki bu dəhliz Avropa və Asiya arasında əlaqənin daha effektiv bərpası, ticarət əlaqələrinin inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir”.

HİT.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun 26 illik fəaliyyəti heç bir nəticə verməyib və Azərbaycan torpaqlarını işğaldan azad edib.

B.Yıldırım beynəlxalq təşkilatlarda islahatların aparılmasının da artıq zərurətə çevrildiyini diqqətə çatdırıb: “Biz 40 ildir terrorla mübaribə aparan və böyük bədəllər ödəyən bir ölkəyik. Bu günlərdə Rusiya-Ukrayna müharibəsində avropalı dostlarımızın yaşadığı çətinlikləri on ildir yaşayırıq. Avropanın Türkiyə ilə bağlı terror təhdidini daha yaxşı anlayacağına inanırıq".

"Bu gün Rusiya-Ukrayna müharibəsi səbəbindən aclıq təhlükəsi var. Bu ölkə dünyanın taxıl ehtiyacının 1/3-ni təmin edir. Ona görə də bu müharibənin sona çatmasına çalışmalıyıq”, - AK Parti rəsmisi qeyd edib.

0