Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.
Hit.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviterində qeyd olunub. .
“Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, - XİN bildirib.