"Bizim üçün regionda sülhün əldə olunması prioritetdir"

SİYASƏT
16:15 / 24.06.2022
1016

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi hansısa formatın girovuna çevrilməməlidir.

Hit.Az Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

"2022-ci ilin fevralından başlayaraq məlum səbəblərlə əlaqədar ATƏT Minsk qrupu həmsədrlərinin qarşılıqlı fəaliyyəti tam iflic olub. Və biz bu məlumatı rusiyalı tərəfdaşlarımız da daxil olmaqla müxtəlif mənbələrdən almışıq. Bu vəziyyətdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bizim üçün regionda uzunmüddətli, möhkəm və dayanıqlı sülhün əldə olunması prioritetdir. Bu prizmadan baxarkən proses formatın girovuna çevrilməməlidir. Təbii ki, biz mövcud olmayan formata yönələ bilmərik", - deyə nazir bildirib.

0