"Türkbirko"nun prezidenti Hakan Aktrürk Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu ziyarət edib.
HİT.az xəbər verir ki, Hakan Aktürk Rəşad Məmmədova mehriban qəbula görə öz təşəkkürünü bildirib.
Hakan Aktürk həmçinin bildirib ki, Qarabağ işğaldan azad edildikdən sonra türk iş adamları, şirkətləri cənnət torpaqların bərpasında yaxından iştirak edirlər. Və bundan sonra da bərpa işlərində daha yaxından iştirak edəcəklərini söyləyib.
Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov isə öz növbəsində "Türkbirko"nun Qarabağ müharibəsində verdiyi dəstəyə görə təşəkkür edib.
Qeyd edilib ki, bundan sonra əlaqələrin daha da yaxşı olması üçün bu kimi görüşlərin davamlı olması, həmçinin iş adamların növbəti toplantılarının tez-tez keçirilməsinin vacibliyi qeyd edilib.
Azərbaycan və Türkiyə arasındakı qardaşlığın daimi olacağı və bundan da vətəndaşların fayda görəcəyini qeyd edilib.