BŞİH Nazirlər Kabinetinin qarşısında aksiya ilə bağlı qərar verdi

SİYASƏT
11:39 / 08.07.2022
699

Bakı şəhər İcra Hakimiyyəti Nazirlər Kabinetinin qarşısında aksiya keçirilməsinə icazə verməyib.

HİT.az-ın xəbərinə görə, BŞİH bu gün müraciətə cavab verib.

Qeyd edilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, toplantının keçirilməsi barədə müraciət 5 iş günü əvvəl edilməlidir. Bu tələb pozulduğuna görə toplantının keçirilməsinə icazə verilməyib.

Xatırladaq ki, 13.07.2022 tarixində saat 12.00-da Nazirlər Kabinetinin binası qarşısında “Ölkənin quru sərhədlərini açın” tələbilə dinc etiraz piketi keçirilməsi planlaşdırılırdı.

0