Ermənistan Laçın dəhlizi ilə bağlı hərəkətə keçir

SİYASƏT
10:40 / 13.07.2022
719

Ermənistan Laçın dəhlizinə alternativ yolun tikintisinə başlayır.

Qayanrinfo "Hraparak” nəşrinə istinadən xəbər verir ki, avqust ayında yolun bir hissəsinin tikintisi üçün tender elan olunacaq. Tenderin qalibi olacaq şirkət sözügedən alternativ yolun 8 kilometrlik hissəsinin inşasını öz üzərinə götürəcək. 

"Bəzi məlumatlara görə, Azərbaycan tərəfi yolun Ermənistan hissəsini də öz vəsaiti ilə tikməyi təklif edib, amma baş nazir Paşinyan ictimaiyyətin münasibətindən ehtiyatlanaraq bundan imtina edib”, deyə qəzetin iddiasında bildirilir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatına əsasən, 3 il ərzində Laçın dəhlizinə alternativ yol istifadəyə verilməlidir. Azərbaycan tərəfi artıq yolun Laçın şəhərindən yan keçən hissəsinin inşasını başa çatdırır, Ermənistan tərəfi isə hələ işlərə başlamayıb.

Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda Rusiya hərbçilərinin nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq. Söhbət Laçın dəhlizi adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndi - Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir. Həmin yayaşış məntəqələrindən 3-də hazırda ermənilər yaşayır - bunlar Laçın şəhəri, Zabux və Sus kəndləridir.

0