Ursula von der Lyayen Bakıya gəldi

SİYASƏT
14:56 / 18.07.2022
1208

Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen Azərbaycana səfərə gəlib.

HİT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri tviterdə yazıb.

“Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir. Bu gün mən Azərbaycanda yeni saziş imzalamaq üçün gəlmişəm. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq”, - o bildirib.

0