Paşinyan Nazirlər Kabinetini topladı: "Qarabağda vəziyyət son dərəcə gərgindir"

SİYASƏT
11:47 / 04.08.2022
1314

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlət Kabinetinin iclasını keçirib.

HİT.az Ermənistan mediasına istinadən xəbər verir ki, iclasda ötən gün Qarabağda baş verənlər müzakirə olunub.

"Son günlər Dağlıq Qarabağda və onun ətrafında vəziyyət son dərəcə gərginləşib. Döyüşlər nəticəsində 19 hərbçi yaralanıb, 2-si həlak olub", deyə Paşinyan bildirib.

Xatırladaq ki, Ermənistan mediası Azərbaycan Ordusunun keçirdiyi "Qisas" əməliyyatı nəticəsində 4 nəfərin ölməsi, 19 nəfərin yaralanması barədə məlumat yayıb. Yaralılardan 4-nün vəziyyəti ağır, 1-in vəziyyəti isə son dərəcə ağır qiymətləndirilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, "Qisas" əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

0